Yunan oyunçu Liverpool yolunda – İddia
İngiltərə Premyer Liqasında son çempion Liverpool transfer çalışmalarına davam edir. ONBİR xəbər verir ki, Mersisayd təmsilçisi Andy Robertson`a əvəzləyici tapıb. GOAL`ın iddiasına görə bu, Kostas Tsimikas`dır. Onun transferi üçün Yunanıstan çempionu Olympiacos`a 13 milyon avro ödəniləcək. Qeyd edək ki, 24 yaşlı sol cinah müdafiəçisinin bu həftə tibbi müayinədən keçib rəsmi müqaviləni imzalaması gözlənilir.
Читать дальше...