Avropada son transfer xəbərləri
ONBİR Goal saytına istinadən son transfer xəbərlərini sizlərə çatdırır: Tottenham`ın 23 yaşlı müdafiəçisi Walker Peters Southamton`a keçməyə çox yaxındır. Artıq tərəflər arasında razılıq əldə olunub. Tottenham bu keçiddən 15.7 milyon dollar əldə edəcək. “Qırmızı Şeytanlar” Sancho`nun keçidini tezliklə həll etməyə çalışırlar, lakin Dortmund tərəfi bu transfer üçün qarşı tərəfdən 120 milyon avro tələb edir. Manchester […]
The post Avropada son transfer xəbərləri appeared first on ONBİR.
ONBİR Goal saytına istinadən son transfer xəbərlərini sizlərə çatdırır:
Tottenham`ın 23 yaşlı müdafiəçisi Walker Peters Southamton`a keçməyə çox yaxındır. Artıq tərəflər arasında razılıq əldə olunub. Tottenham bu keçiddən 15.7 milyon dollar əldə edəcək.
“Qırmızı Şeytanlar” Sancho`nun keçidini tezliklə həll etməyə çalışırlar, lakin Dortmund tərəfi bu transfer üçün qarşı tərəfdən 120 milyon avro tələb edir.
Manchester City`dən ayrılmaq istəyən və Barcelona ilə danışıqlara aparan Eric Garcia`nın gələcəyi hələ də sual altındadır, çünki Manchester tərəfi Barcelona`dan bonuslarla birgə 35 milyon avro tələb edir ki, qarşı tərəf yalnız 10 milyon avro verə biləcəyini bildirib.
Lacazette Atletico Madridə keçə bilər. Aubameyang`ın klubda qalması onun işini çətinləşdirib. Artıq tərəflər arasında danışıqlar gedir və “Topçular” bu keçiddən 30 milyon qazana bilər.
The post Avropada son transfer xəbərləri appeared first on ONBİR.