Willian`dan ayrılıq mesajı
Chelsea`dən ayrılması gözlənilən Willian gələcək karyerası bağlı son qərarını açıqlayıb. Sosial şəbəkəsində paylaşım edən braziliyalı oyunçu London klubu ilə vidalaşıb. ONBİR həmin sözləri təqdim edir: “Burada 7 möhtəşəm il keçirdim. Chelsea`yə keçməyim həyatımda verdiyim ən yaxşı qərarlardan biri idi. Burada özümü tapdım. Daha yaxşı bir oyunçu və insan oldum. Hər məşqdə, hər matçda və soyunub-geyinmə […]
The post Willian`dan ayrılıq mesajı appeared first on ONBİR.
Chelsea`dən ayrılması gözlənilən Willian gələcək karyerası bağlı son qərarını açıqlayıb.
Sosial şəbəkəsində paylaşım edən braziliyalı oyunçu London klubu ilə vidalaşıb. ONBİR həmin sözləri təqdim edir:
“Burada 7 möhtəşəm il keçirdim. Chelsea`yə keçməyim həyatımda verdiyim ən yaxşı qərarlardan biri idi. Burada özümü tapdım. Daha yaxşı bir oyunçu və insan oldum. Hər məşqdə, hər matçda və soyunub-geyinmə otağında keçirdiyimiz hər dəqiqədə yeni şeylər öyrəndim.
İndi ayrılıq zamanıdır. Komanda yoldaşlarım, məşqçi heyəti və azarkeşlər üçün darıxacağam. Buradan başı uca ayrılıram, çünki Chelsea forması üçün hər zaman əlimdən gələnin ən yaxşısını etdim”.
The post Willian`dan ayrılıq mesajı appeared first on ONBİR.