Klopp: Ağlamağı dayandıra bilmədiyim üçün həyat yoldaşımla danışmağı bacarmadım
Liverpool`un baş məşqçisi Jürgen Klopp çempionluğu rəsmiləşdirən Chelsea – Manchester City matçı ərəfəsində yaşadığı hissləri danışıb. ONBİR alman mütəxəssisin klub televiziyasına verdiyi müsahibəsini təqdim edir: “Stadion xaricində dəqiqələri saymaq … Həyatımın ən qəribə və ən yaxşı futbol xatirələrindən biri idi. Hər kəsin üzünü görə bilirdim. Oyunçularım orada idi. Hətta bəziləri matçı belə izləyə bilmirdi. Saf […]
The post Klopp: Ağlamağı dayandıra bilmədiyim üçün həyat yoldaşımla danışmağı bacarmadım appeared first on ONBİR.
Liverpool`un baş məşqçisi Jürgen Klopp çempionluğu rəsmiləşdirən Chelsea – Manchester City matçı ərəfəsində yaşadığı hissləri danışıb.
ONBİR alman mütəxəssisin klub televiziyasına verdiyi müsahibəsini təqdim edir:
“Stadion xaricində dəqiqələri saymaq … Həyatımın ən qəribə və ən yaxşı futbol xatirələrindən biri idi. Hər kəsin üzünü görə bilirdim. Oyunçularım orada idi. Hətta bəziləri matçı belə izləyə bilmirdi. Saf bir xoşbəxtlik idi. Son saniyələrdən sonra rahatladım və bir anda ağlamaya başladım.
Matç bitmədən 10 saniyə əvvəl ailəmə zəng vurdum və onlarla da bu anı yaşamaq istədim. Telefonu stolun üstünə açıq şəkildə qoydum. Matç bitəndə həyat yoldaşım ilə danışmaq istədim. Amma ağlamağı dayandıra bilmədim. Həyatımda heç belə bir an yaşamamışdım. Niyə ağlamağı dayandıra bilmədiyimi başa düşmədim. Buna görə bir neçə dəqiqəlik otağa keçdim. Çünki ətrafımdakı insanların ağladığımı görməsini istəmədim. Çox qəribə, çox gözəl, çox emosional və çox özəl bir an idi”.
The post Klopp: Ağlamağı dayandıra bilmədiyim üçün həyat yoldaşımla danışmağı bacarmadım appeared first on ONBİR.