Qazaxıstanda ölüm cəzasını qadağan edən qanun imzalanıb
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev dinc dövrdə ölüm cəzasının tətbiq edilməsini qadağan edən beynəlxalq müqavilənin təsdiq edilməsi haqqında qanunu imzalayıb. Bu barədə AzadlıqRadiosunun qazax xidməti məlumat yayıb. Ölkə bu cəza növünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının İkinci fakultativ Protokoluna qoşulub. Sənəddə deyilir ki, protokol tərəfləri bunu insan ləyaqətinin möhkəmləndirilməsi və insan hüquqlarının getdikcə inkişafı üçün əlverişli hesab edirlər. Читать дальше...