Tramp tərəfdarlarını dağılışmağa çağırdı, Vaşinqtonda komendant saatı elan olundu
ABŞ prezidenti Donald Tramp ABŞ Konqresinin qarşısında etiraz edən tərəfdarlarına müraciət edib. O seçkinin saxtalaşdırıldığını bir daha iddia etsə də, tərəfdarlarını dağılışmağa, hüquq-mühafizə orqanlarını isə heç kəsə xəsarət yetirməməyə çağırıb. ABŞ vitse-prezidenti Maykl Pens ABŞ Konqresinin qarşısına toplaşan etirazçılara müraciətlə yazdığı tvitdə bildirir ki, “zorakılıq dayandırılmalıdır və dərhal dayandırılmalıdır”. O bildirib ki, bu zorakılıqda iştirak edənlər qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar. Читать дальше...