Xameneyi: ‘Əgər onlar öhdəliklərinə qayıtsalar, biz də qayıdarıq’
İranın ali rəhbəri ayətüllah Əli Xameneyi deyib ki, onun ölkəsi Birləşmiş Ştatların 2015-ci il nüvə sazişinə qayıtmasını heç də səbirsizliklə gözləmir. Birləşmiş Ştatları bu sazişdən birtərəfli qaydada hazırkı prezident Donald Tramp 2018-ci ildə çıxarıb. Bundan əvvəl ABŞ-da prezident seçilmiş Co Bayden ölkəsini bu sazişə qaytaracağını bildirib. O gələn həftə ABŞ-ın 46-cı prezidenti kimi səlahiyyətlərinin icrasına başlayacaq. Xameneyi yanvarın 8-də deyib ki, “biz ABŞ-ın sazişə qayıtmasına tələsmirik və bunda israr etmirik”. Читать дальше...