Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək turnirin qalibi olub
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub. AZƏRTAC-ın məlumatına görə, T. Rəcəbov final mərhələsinin cavab matçında rəqibi L.Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan azərbaycanlı şahmatçı turnirdə birinci yeri tutub. O, yanvarın 2-də keçirilən birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib. Читать дальше...