Oktyabrın 17-i gecə Azərbaycanin ikinci boyuk şəhəri, cəbhə bölgəsindən uzaq Gəncə şəhəri ikinci dəfədir ki, raket atəşinə tutulub. Bundan əvvəl də Moskvada atəşkəs razılşmasından bir gün sonra, oktyabrın 11-də Azərbaycanın mənəvi paytaxtı sayılan Gəncənin raket zərbələri ilə vurulduğu açıqlanmışdı. Bu olaylar nəticəsində Gəncədə üst-üstə 23 mülki şəxsin öldüyü, 80-dən çoxunun da yaralandığı bildirilir. Son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu açıqlanıb. Читать дальше...