Norveç Rusiyanı kiberhücumda ittiham edir
Norveçin xarici işlər naziri Ine Eriksen Soereide oktyabrın 13-də deyib ki, ötən avqustda onun ölkəsinin parlamentinə qarşı keçirilmiş kiberhücumun arxasında Rusiya dayanır. Moskva bu ittihamı “düşünülmüş təxribat” kimi rədd edib. Norveç parlamenti sentyabrın 1-də bildirmişdi ki, bundan bir həftə əvvəl kiberhücuma məruz qalıb və bir neçə millət vəkili və parlament işçisinin elektron poçtlarına haker müdaxiləsi olub. Ine Eriksen Soereide deyib ki, “əldə olan informasiyaya görə müdaxilənin arxasında Moskvanın dayandığını söyləmək olar”. Читать дальше...