Avropa Rusiya kəşfiyyatının rəhbərinə sanksiya qoya bilər
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Avropa İttifaqının Rusiya müxalifətçisi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı yaxın günlərdə sanksiya siyahısına salacağı Rusiya vətəndaşları arasında Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və prezident administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko da ola bilər. Bu barədə New York Times qəzeti öz mənbələrinə istinadən yazıb. Həmin mənbələrə istinadən oktyabrın 14-də bu da xəbər verilib ki, sanksiya siyahısına Rusiyanın 6 vətəndaşı salına bilər. Читать дальше...