Real Madrid`də yeni müqavilə
İspaniyanın Real Madrid klubu daha bir oyunçusu ilə yeni müqavilə imzalayıb.
ONBİR xəbər verir ki, “Kral Klubu” 23 yaşlı yarımmüdafiəçisi Federico Valverde ilə 6 illik saziş bağlayıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, karyerasına Uruqvayın Penarol klubunda başlayan gənc oyunçu əvvəlcə Real Madrid`in Castilla komandasında çıxış etdikdən sonra Deportivo`ya icarəyə verilib. O, 2018-19 mövsümündən etibarən “Kral Klubu”nun əsas komandasında oynayır və ötən mövsüm 33 matç keçirib. (3 qol, 1 məhsuldar ötürmə)