Vardy`dən Kante`yə tərif
Jamie Vardy sabiq komanda yoldaşı N’Golo Kante haqda danışıb.
ONBİR ingilis oyunçunun fikirlərini təqdim edir:
“Çempionlar Liqasının finalından bir gün sonra onu təbrik etmək üçün zəng vurmağa çalışdım, amma cavab vermədi. Bir neçə saatdan sonra mənə zəng edərək cavab vermədiyi üçün üzr istədi və evdə olmadığını, qaçış üçün çölə çıxdığını dedi. Bu, sadəcə onun qərarlılığının göstəricisidir”.