“Ümid edirəm ki, biz də Qarabağ`dan üzr istəyəcəyik”
Şotlandiyanın Aberdeen klubunun kapitanı Scott Brown UEFA Konfrans Liqası çərçivəsində qarşılaşacaqları Qarabağ`la cavab matçından öncə açıqlamalar verib.
ONBİR 36 yaşlı təcrübəli yarımmüdafiəçinin qol.az saytına istinadən fikirlərini təqdim edir:
“Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onlar bizi irəli aparırlar. Cümə axşamı stadionda böyük izdiham olacağına ümid edirəm. Son vaxtlar azarkeşlərimizin qarşısında oynaya bilməmişik. Bunun üçün darıxmışdıq.
Bakıdakı oyunda meydança qorxunc idi, amma bu vəziyyətdə oynamağa məcbur idik. Meydança hər iki komandaya mane olurdu. Görüşdən sonra ot örtüyü ilə bağlı üzr istədilər. Ümid edirəm ki, cavab matçından sonra növbəti mərhələyə vəsiqə qazandığımız üçün biz də onlardan üzr istəyəcəyik”.
Qeyd edək ki, 26 avqust tarixində saat 22:45-də start götürəcək qarşılaşmanı İdman Azərbaycan telekanalından izləyə bilərsiniz. Görüş saytımız vasitəsilə də yayımlanacaq.