Pellegrini: La Liga Avropanın ən yavaş liqasıdır
Real Betis`in təcrübəli baş məşqçisi Manuel Pellegrini La Liga haqda maraqlı fikirlər səsləndirib.
ONBİR 67 yaşlı mütəxəssisin sözlərini GOAL`a istinadən təqdim edir:
“La Liga Avropanın ən yavaş liqasıdır. Topun oyunda qaldığı müddət çox azdır. İnsanlar bir tamaşa izləmək istəyir, lakin biz bunu onlara verə bilmirik.
La Liga oyunçuların ən çox vaxt keçirdiyi, özlərini tez-tez yerə atdıqları liqadır. Bu, utanverici şeydir”.
Qeyd edək ki, Leo Messi`nin Barcelona`nı tərk etməsindən sonra La Liga`nın nüfuzunun azaldığı iddia olunur.