Manchester United üçün çətin rəqib
Manchester United mövsümün əvvəlində gözlənilmədən hücumun sağ cinahında Daniel James`ə əsas heyətdə mütamadi olaraq yer verdi. Ancaq İngiltərə mətbuatında artıq uzun müddət idi ki onun arxa-arxaya oyunlara çıxmağa hələ hazır olmadığı danışılırdı. Hücumun bu cinahında qıtlıq çəkən norveçli baş məşqçi Ole Gunnar Solskjaer isə əsas prioritet olaraq qarşısına Lingard və Perreira`nın oynadığı mövqeyə Bruno Fernandes`i gətirməyi qoymuşdu və bu məqsədinə vaxtında nail oldu.
Ancaq qış transfer pəncərəsi açılan kimi, alman mediyası Borussia Dortmund`un ingilis ulduzu Jadon Sancho`nun Manchester United`ə keçidinin mümkünlüyündən yazmağa başladı. Artıq aylardır davam edən bu transfer ovu isə, yay transfer pəncərəsində öz nəticəsini göstərəcək. Ancaq Jadon`un transferində “Qırmızı Şeytanlar”-ın bir rəqibi daha peyda oldu. Bu klub isə Real Madrid`dir.
ONBİR BBC`yə istinadən xəbər verir ki, “Kral klubu” Jadon Sancho ilə yaxından maraqlanır və onu yayda Madridə gətirmək istəyir.