Dembele iştirak ərizəsində yer almadığı üçün Valverde`dən açıqlama gözləyir
ONBİR Marca saytına istinadən xəbər verir ki, Valverde Levante səfəri üçün təyin etdiyi iştirak ərizəsində Dembele`yə yer verməyib. Heyətdə Ansu Fati, Carlos Perez kimi futbolçuların yer aldığı bir matçda Dembele`nin heç bir əsaslı səbəb olmadan kənarda qalması futbolçunu çox təəccübləndirib. Baş məşqçi öz açıqlamasında futbolçunun sırf rotasiyaya görə kənarda qaldığı bildirib, amma Dembele bu oyuna kimi son 2 matçda belə çıxış etməmişdi.
Sevilla ilə matçda hakimə “Sən pissən” söylədiyi üçün 2 oyun cəza alandan bəri ümumi olaraq 21 dəqiqə meydanda olan Dembele hələ də davamlı olaraq oynamaq şansı tapa bilmir, amma Valverde bütün sualların cavabını rotasiyaya bağlayır. Sizcə, elədir?