Phil Foden adını Guinnes Rekordlar Kitabına yazdırıb
Manchester City`nin 19 yaşındaki gənc futbolçusu Phil Foden adını Guiness Rekordlar Kitabına yazdırmağı bacarıb. Belə ki, Manchester City`nin 100 xal toplayaraq çempion olduğu 2017-2018 mövsümündə heyətdə özünə yer tapan Foden, 17 yaş ilə Premier Liqa çempionluğu yaşayaraq adı keçən kuboku qazanan ən gənc futbolçu ünvanının sahibi olub.
Gənc oyunçu rekordlar kitabına düşməsi ilə bağlı isə bu açıqlamaları verib: ”Bu xəbəri eşidəndə xoşbəxtlikdən uçurdum. Dostlarım deyənə qədər heç xəbərim belə yox idi. Artıq dünya rekordum var deyə bilmək çox yaxşı hiss etdirir.”
Bu mövsüm City forması ilə 6 oyuna çıxan oyunçu, Çempionlar Liqasında Zagreb`ə 1 qol vurub, Atalanta ilə oyunda isə Rahem Sterling`in 3-cü qolunun ötürməsini edib.