“Mançester Yunayted”in Mourinyoya ödədiyi təzminatın məbləğini açıqladı
İngiltərənin “Mançester Yunayted” klubu ötən ilin dekabr ayında istefaya göndərdiyi sabiq baş məşqçisi Joze Mourinyoya ödədiyi təzminatın məbləğini açıqlayıb. “onbir.az” “report.az”a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə portuqaliyalı mütəxəssisə 25 milyon avro təzminat ödədiyini bəyan edib. Qeyd edək ki, Mourinyo “Liverpul”a 1:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi. Onun əvəzində “qırmızı şeytanlar” baş […]