Ağdamda bu günədək 12 min 600 ton taxıl tədarük edilib
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda taxıl biçini davam edir. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Allahverən Əliyev AZƏRTAC-a bildirib ki, bu günədək 2086 hektarda arpa, 1500 hektarda buğda biçilib, 12 min 600 ton məhsul tədarük edilib