Azərbaycan Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderdə iştirak edəcək
“Gürcüstan Neft və Qaz Korporasiyası ölkədə yeraltı qaz anbarının tikintisi ilə əlaqədar işləri başa çatdırıb və yaxın vaxtlarda tender elan ediləcək. Azərbaycan da bu tenderdə iştirak edəcək”.Bu sözləri AZƏRTAC-a müsahibəsində “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov söyləyib