Noyabrın 23-də Şəmkirin Sarıtəpə kəndinin təbii qaz təchizatı məhdudlaşdırılacaq
Noyabrın 23-də saat 11:00-dan 14:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Şəmkir rayonunun Sarıtəpə kəndinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq