İqtisadiyyat Nazirliyinin rəsmi saytında "Mənzil-kommunal" bölməsi yaradılıb
İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (http://www.economy.gov.az) "Mənzil-kommunal" bölməsi yaradılıb. Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmədə mənzil-kommunal sahəsinə aid normativ-hüquqi aktlar, məlumatlar, arayışlar və digər materiallar yerləşdirilib