Papua-Yeni Qvineya sahillərində 100 il bundan əvvəl itmiş sualtı qayıq tapılıb
Axtarış qrupu 1914-cü ildə Papua-Yeni Qvineya sahillərində itmiş Avstraliya hərbi-dəniz qüvvələrinə məxsus “HMAS AE1” sualtı qayığının yerini aşkar edib. AZƏRTAC Avstraliyanın “7 News Sydney” portalına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb