Keçmiş vitse-prezidentə 63 illik həbs kəsilib
İranın keçmiş vitse-prezidenti Hamid Baghaei dekabrın 20-də 63 illik həbs cəzasına məhkum edildiyini açıqlayıb. O, korrupsiyada təqsirli bilinib, ancaq özü ittihamları əsassız sayır.
Baghaei 20 gün ərzində hökmdən apelyasiya şikayəti verə bilər.
Müşahidəçilərin fikrincə, bu qərar mühafizəkar ədliyyə sisteminin keçmiş prezident Mahmud Ahmadinejad-a xəbərdarlığıdır.
2011-2013-cü illərdə, Ahmadinejad-ın prezidentliyi dövründə vitse-prezident olmuş Baghaei 2015-ci ildə korrupsiya ittihamlarıyla qısa müddətə saxlanmışdı.
Nüfuzlu Mühaffizlər Şurası onu bu ilin mayında prezident seçkisinə buraxmayıb və iyulda bir neçə həftəlik həbs cəzası çəkib.
Bu arada Ahmadinejad-la İran məhkəmə sisteminin rəhbəri Sadegh Amoli Larijani arasında söz savaşı gedir. Keçmiş prezident Larijani-ni diktarura və səriştəsizlikdə suçlayıb.