Samir Nasri karyerasını başa vurdu
Fransalı məşhur oyunçu Samir Nasri karyerasını sonlandırıb.
ONBİR xəbər verir ki, son olaraq Belçikanın Anderlecht klubunda oynayan hücumameyilli yarımmüdafiəçi 34 yaşında futbolçuluq karyerasını bitirdiyini açıqlayıb.
Marseille`də karyerasına start verən fransız futbolçu Arsenal, Manchester City, Sevilla, Antalyaspor, West Ham kimi klublarda da çıxış edib. O, Fransa millisinin heyətində isə 41 matçda iştirak edib və 5 qol vurub.
Qeyd edək ki, Samir Nasri İngiltərədə 2 dəfə ölkə çempionu olmaqla yanaşı Liqa kuboku və Superkubokunu da 1 dəfə qazanıb. O, Marseille ilə UEFA Intertoto Kubokunun da qalibi olub.