Sane: Mənə öyrətdiyi hər şey üçün ona minnətdaram
Bayern München`ə transfer olan Leroy Sane sabiq baş məşqçisi Pep Guardiola haqda danışıb.
ONBİR alman oyunçunun BİLD`ə verdiyi müsahibəni təqdim edir:
“Mənə öyrətdiyi hər şey üçün ona minnətdaram. Guardiola mənə ən yüksək səviyyələrdə kömək oldu. O çox xüsusi biridir və oyunçularını həmişə daha yüksək səviyyələrə daşımaq istəyir. Taktikaları barəsində bir az israr edir, ancaq bu da müsbət bir haldır”.
Qeyd edək ki, Leroy Sane 2016-cı ildə Schalke`dən Manchester City`ə transfer olunub.