Modric: CR7`nin olmaması Madriddə çox bir şeyi dəyişmədi
Öz ölkəsinin Sportske Novosti nəşrinə danışan Luka Modric Cristiano Ronaldo haqqında da danışmağı unutmayıb.
ONBİR onun sözlərini sizə təqdim edir:
“Ronaldo`nun Madrid üçün necə vacib bir fiqur olduğunu məncə, deməyə ehtiyac yoxdur. Amma qeyd etməliyəm ki, onun yoxluğu bizim motivasiyamıza təsir göstərmədi. Biz inanırdıq ki, əvvəlki kimi qələbələrə layiq kollektivik.
Karantin dövründə hamımız futbol üçün çox darıxmışdıq. Yenidən bir yerə toplaşdıqda isə hamı çox həvəsli idi. Düşünürəm ki, son həftələrdə göstərdiyimiz oyunun əsas səbəblərindən biri də bu idi.”