“Cim-bom”un Belhanda və Feghouli planı
Galatasaray rəhbərliyi əlcəzairli və mərakeşli bu iki oyunçunun klubdakı taleyi ilə bağlı qərarını verib.
ONBİR Sporx`a istinadən xəbər verir ki, “Sarı-Qırmızılılar” Feghouli və Belhanda`nın satışından 20 milyon gəlir əldə etmək istəyir və buna görə də onların hərəsinə 10 milyon qiymət qoyub.
Belhanda`nın xidmətlərində Səudiyyə Ərəbistanından Al-Hilal və Al-İttihad klubları yaxından maraqlanırlar. Feghouli`ni isə başqa bir Səudiyyə komandası Al-Nasr öz heyətində görmək istəyir.
Onları sata biləcəyi təqdirdə Galatasaray rəhbərliyi böyük bir maliyyə yükünü çiynindən atmış olacaq. Belə ki, klub satışdan gələn gəlirlə bərabər Belhanda`nın 3 milyon və Feghoulinin 3.5 milyon avroluq maaşından da azad olmuş olacaq.