Kai Havertz Manchester United haqqında nə düşünür?
Manchester United`in adı, qarşıdan gələn yay transfer pəncərəsi səbəbindən bir çox oyunçu ilə yanaşı hallanır. Bu adlar arasında Borussia Dortmund`dan Jadon Sancho və Bayer Leverkusen`dən Kai Havertz də var.
Kai Havertz Bundesliga geri dönəndən bəri 4 oyunda 5 qol vurub. 20 yaşlı alman oyunçu ilə əsas maraqlanan tərəf “Qırmızı Şeytanlar”-dır. İngiltərə mətbuatının yaydığı şaiyələrə əsasən, oyunçu Premyer Liqaya transfer olmaqda maraqlıdır. Ancaq onunla maraqlananlar arasında Chelsea və Liverpool da var.
ONBİR Metro`ya istinadən xəbər verir ki, oyunçu yayda Britaniyaya köçmək fikrinə müsbət baxır.
Manchester Evening News oyunçunun fikirlərinin məhz bu istiqamətdə olduğunu mətbuatda ilk yayan tərəfdir.