Kane rekord məbləğə Manchester United`ə keçə bilər
Tottenham hücumçusu Harry Kane ilə yollarını ayıra bilər. ONBİR Daily Mail`ə istinadən xəbər verir ki, londonluların prezidenti Daniel Levy futbolçunu Manchester United`ə 200 milyon funt sterlinq qarşılığında sata bilər. Səbəb kimi klubun 637 milyon kredit borcu, 83 milyon isə digər klublara borcu olduğu göstərilir. Vəziyyət Premier League oyunlarının bərpa olunmayacağı və əsasən yayım gəlirlərinin kəsiləcəyi təqdirdə daha da gərginləşə bilər.
Kane`nin 200 milyon funt sterlinqə (225 milyon avro) Manchester United`ə keçəcəyi halda, bu rekord transfer məbləği kimi qeydə alınacaq. Hal-hazırda rekord transfer məbləği 222 milyon avrodur, PSG Barcelona`ya Neymar`ın transferi üçün məhz bu məbləği ödəmişdi.