Mbappe`nin Madrid`ə transferi virus krizisindən əvvəl demək olar ki, həll olunmuşdu
PSG-nin eks futbolçusu Jerome Rothen gənc fransalının gələcəyi haqqında danışıb.
O, Kylian Mbappe`nin Real Madrid`ə transferinin “sadəcə zaman məsələsi” olduğunu qeyd edərək bildirib ki, pandemiya yayılmamışdan əvvəl Madrid rəhbərliyi oyunçunun transferini böyük çapda bitirmişdi. Sadəcə olaraq virusun yayılmağı danışıqların təxirə salınmasına səbəb olub.
Xatırladaq ki, madridlilərin baş məşqçisi Zidane də oyunçuya olan heyranlığını gizlətmir və onu ən tez müddətdə öz komandasında görmək istəyir.
ONBİR Radio Montecarlo`ya danışan Rothen`nin sözlərini sizə təqdim edir:
“Klubdaxili mənbələrdən aldığım məlumata görə, oyunçunun Madridə keçidi ilə bağlı razılıq əldə edilmişdi. Lakin COVID-19 virusunun gündəmə gəlişi ilə keçid hələ də baş tutmayıb. Transferin baş tutacağına əminəm, nə zaman olacağını isə vaxt göstərəcək.”