AC Milan: Rangnick yoxsa Pioli?
ONBİR Sky Sports Italia`ya istinadən xəbər verir ki, Milan rəhbərliyinin Liepzig`in eks çalışdırıcısı Rangnick ilə olan danışıqlarında durğunluq yaranıb.
Keçən həftə yayılan xəbərlərdə qeyd edilirdi ki, Rangnick artıq Milan ilə ilkin razılıq əldə edib və hətta klubun növbəti mövsüm üçün transfer büdcəsi belə tərəflər arasında müəyyənləşdirilib.
Buna baxmayaraq, son xəbərlər hadisələrin inkişafının çox yavaş getdiyini qeyd edir.
Eyni zamanda, “Rossoneri”lərin hazırki heyət oyunçularının əksəriyyətinin Stefano Pioli`nin tərəfində olduğu qeyd edilir.
Xatırladaq ki, Pioli ötən ilin Noyabr ayında klubla iki illik müqavilə imzalamasına baxmayaraq, xüsusi bəndə əsasən rəhbərlik onun mövsümün sonunda heç bir kompensasiya ödəmədən vəzifəsindən kənarlaşdıra bilər.