Yay transfer pəncərəsi qışa qədər uzana bilər
ONBİR The Telegraph`a istinadən xəbər verir ki, hal-hazırda FIFA`da yay transfer pəncərəsi ilə bağlı müzakirələr gedir. Yayılan məlumatlara görə, təşkilat yay transfer pəncərəsini yanvar ayına qədər uzatmaq niyyətindədir. Səbəb koronavirus pandemiyası ilə bağlı yaranan maliyyə problemlərini aradan götürmək üçün klublara vaxt verməkdir. FIFA bu məsələni klublarla müzakirə edəcək.
Gözlənilir ki, pandemiya ilə bağlı klublar öz xərclərini əhəmiyyətli şəkildə azaldacaqlar və çətin ki, yayda böyük məbləğdə transferlər baş tutacaq.