Higuain karantini tərk edərək Argentinaya yollanıb
ONBİR Goal`a istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun karantini tərk edərək ölkəsinə yollanmasına icazə verilib.
Yayılan xəbərlərə əsasən, o, hal-hazırda Argentinada olan və səhhətində ciddi problemlər yaşayan anasını ziyarət etmək üçün bu addımı atıb.
Onun bu səyahəti föqvəladə hal kimi qiymətləndirilib və yalnız COVID-19 analizləri neqativ çıxdıqdan sonra ölkəni tərk etməsinə rəhbərlik tərəfindən rəsmi icazə verilib. Həmçinin, səyahət zamanı Higuain Fransa və İspaniyada da bu analizləri verməyə məcbur edilib.
Xatırladaq ki, Gonzalo`nun bu mövsüm Juventus`daki çıxışı o qədər də ürəkaçan deyil. O meydana çıxdığı 34 oyunda səkkiz qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.