Lukaku evdə oturmaqdan bezib
Inter`in hücumçusu Romelu Lukaku koronavirus pandemiyası ilə əlaqədar olaraq karantində olmasını şərh edib. ONBİR A Daily Express qəzetinə istinadən bu müsahibəni təqdim edir:
“Dünən az qala başıma hava gəlirdi. Heç yerə çıxa bilmirəm, məşq edə bilmirəm. Artıq doqquz gündür ki, evdəyəm. Bütün oyunçular indi evdədi. Klub ehtiyacı olanlara idman velosipedi və qaçış yolu göndərdi. Bizə hər gün yemək də gətirirlər.
Mən adi həyat üçün çox darıxıram, anamla, oğlumla, qardaşımla… birliktə olmaq istəyirəm. Hər an onlar haqqında düşünürəm. İnsanlardan təcrid olmaq çox pis bir şeydi. Mən məşqlər, oyunlar, fanatlar üçün darıxıram. Belə anlarda əlində olanı qiymətləndirirsən. Bu barədə mənim bəxtim gətirdi.”