Neymar: PSG-dən niyə ayrılmalıyam?
Fransa liqasında çıxış edən PSG-nin ulduz futbolçusu Neymar, komandadakı gələcəyi ilə bağlı bəzi açıqlamalar verdi.
“PSG-dən niyə ayrılım”
Fransız klubu ilə müqaviləsinin olduğunu qeyd edən Neymar, “PSG-dən niyə ayrılmalıyam? 2 illik müqaviləm var, komanda inkişaf etməyə davam edir. Bu mövsüm hədəfimiz Çempionlar Liqasını qazanmaqdır və məndə hər həftə əlimdən gələni edərək PSG-yə fayda verməyə çalışıram. Məqsədimiz həmişə növbəti matçda qalib gəlməkdir. Nələr edə biləcəyimizi görəcəyik” – dedi.
27 yaşlı futbolçu, bu mövsüm PSG-nin heyətində 11 matça keçirib və bu matçlarda 7 qol və 5 məhsuldar ötürmə edib.