Everton`dan Ancelotti ilə bağlı bəyanat
Napoli`dən istefaya göndərilən keçmiş Milan,Chelsea,Real Madrid,Bayern Munich və Napoli məşqçisi Carlo Ancelotti`nin adı artıq günlərdir mətbuatda fərqli klublarla hallanır. Onun hansı kluba keçəcəyi hələlik naməlumluğunu qorusa da yaxın günlər ərzində İngiltərə mətbuatında bir xəbər sürətlə yayıldı. Bütün ingilis idman medyası bu xəbəri bu günədək dərc etməkdədir. Ancelotti`nin yaxın günlərdə London`a gəlməsi onun əvvəlcə Arsenal sonra isə Everton rəsmiləri ilə görüşməsi kimi qələmə verildi.
Everton, adının Ancelotti ilə hallanmasından sonra rəsmi bəyanat yaydı. Bəyanatda deyilir ki, klub rəsmiləri Marco Silva`nın yerinə kimi gətirəcəkləri mövzusunda səylə çalışmaqdadırlar. Ancaq Ancelotti`nin kluba gələcəyi dəqiq deyil. Hal-hazırda məşqçi axtarışı davam etməkdədir və Duncan Ferguson hazırki postuna yeni məşqçi gələnə qədər qalacaq.