Galatasaray`ın rəqibləri Ajax və Club Brugge olacaq
Qış transfer pəncərəsinin açılmasından sonra liqalara verilən fasilə ərəfəsində Qatar`ın paytaxtı Dohaya gedəcək olan Galatasaray orada hazırlıq matçlarından ibarət çempionata qoşulacaq.
Bütün xərclərin təşkilatçı şirkət tərəfindən qarşılandığı iddia edilən çempionata Galatasaray müsbət cavab verib. ”Sarı-Qırmızılılar” ilk matçda 9 yanvarda Ajax`a qarşı oynayacaq və müsabiqə Al Janoub Stadionunda keçiriləcək.
Galatasaray və Ajax`dan əlavə isə Club Brugge`ün də çempionata qoşulacağı gözlənilir. Qeyd edək ki, Galatasaray, Club Brugge ilə Çempionlar Liqası qruplarında qarşılaşdığı hər iki matçda bərabərə qalıb. (0-0,1-1)