Zidane: Açıq-aşkar rəqibin əlinə dəymişdi
ONBİR Real Madrid`in rəsmi saytına istinadən, Zidane`ın Betis ilə bərabərə qaldıqları matçın sonrasında verdiyi müsahibəni sizlərə təqdim edir:
“Oynadığımız oyunun qarşılığında nəticə çox utancverici oldu. Matçın ilk dəqiqəsindən sonuna kimi əla oynadıq, amma heç cürə qol vura bilmədik.
Açıq-aşkar rəqibin əlinə dəymişdi və nəyə görə hakimin məhz özünün VAR-a baxmadığını söyləyə bilmərəm. Hətta ehtiyat skamyasından belə bu vəziyyət təmiz görsənirdi.
Məni ən çox kədərləndirən bu gün 2 xal itirməyimiz oldu, amma göstərdiyimiz performans digər tərəfdən sevindirir. Bu gün bütün top klublar xal itirdilər və bu Liqada qələbə qazanmaq asan deyil. İstənilən komanda sənə problem yaşada bilər.
Bu gün fərqlənə bilmədik, amma bunu problemə çevirmək lazım deyil , çünki gələn oyun 4 və ya 5 qol vura bilərik. Bu gün yetərincə şans yaratdıq, amma rəqibin müdafiədəki ayıq oyunu qalib olmağımıza imkan vermədi.”