Sadio Mane: Messi və Ronaldo ”Canavar” kimidirlər
Ballon d’Or mükafatanın namizədlərindən biri olan Sadio Mane özünü Messi və Ronaldo`nun bir xeyli gerisində hesab edir. L`Equipe du Soir adlı televiziya proqramına bir sıra açıqlamalar verən Mane, bu mükafatı 5 dəfə götürən Messi və Ronaldo`nu ”Canavar” adlandırıb. ONBİR Mane`nin verdiyi müsahibədən bir hissəni sizinlə bölüşür:
”Düzünü demək lazımdırsa bu mükafat uşaqlıqdan bəri daim xəyalımda olub. Uzun müddətdir ki, göstərdiyim performansın bəhrəsini namizədlər arasına girməklə gördüm. Bu mənimçün xəyal kimidir və mən həmişə hər şeydən əvvəl komandam üçün mübarizə aparıram.”
”Ballon d’Or bir xəyaldır. Hansısa xəyalın gerçəyə çevrilməsi isə nadir baş verən bir şeydir. Əgər bu mükafatı qazansam, bütün seneqallılar, dostlarım və ailəm çox xoşbəxt olar. Təbii ki, zirvədə olmağı çox istəyirəm. Eto’o və Drogba kimi Afrikada əfsanə olan futbolçuların mənim haqqımda xoş düşüncələrini eşitmək də qürurvericidir.”