İngilis nəhəngləri çətin sınaq qarşısında
Dünən
gecə UEFA Europa League çərçivəsində mühim görüşlər keçirilib. Təmsilçimiz Qarabağ
daxil olmaqla bütün qruplarda yer alan komandalar 3-cü tur çərçivəsində meydana
çıxıb. İngilis nəhəngləri burada diqqətləri cəlb edib. Ancaq onlar gözəl
oyunları ilə deyil, əziyyət çəkərək qazandıqları qələbələrlə diqqət mərkəzinə gəlib.
Arsenal nəhayət ki, 72 milyonluq oyunçusu olan Nicolas Pepe`nin xidmətindən
istifadəyə nail oldu. Guimeres qarşısında hesabda geri olan komanda
oyunu az qalsın məğlubiyyətlə başa vuracaqdı. Unai Emery 2-1 geridə olarkən
Pepe`ni meydana buraxdı və gənc ulduz 2 cərimə zərbəsi qolu ilə komandasının qələbə
qazanmasında əsas pay sahibi oldu.
Brandon Williams`ın mükəmməl oyunu göz oxşasa da Partizan səfərində
Belqradda Manchester United çox gərgin oyun keçirtdi. Qapıya 15 zərbə vuran
Partizan, Manchester United müdafiəsini yara bilmədi. United
0-1 hesabı ilə nəhayət Paris səfərindən bəri ilk səfər qələbəsini qazanmağa
nail oldu. Ole Gunnar Solskjaer`dən isə azarkeşlər hələ də tam razı qala bilmədi.