Mourinho`dan Hamit Altıntopa: Real Madrid`i tərk etmək istəyirsən? Dəli olmusan?!
ONBİR Marca saytına istinadən xəbər ki, 2011-ci ildə Los Blancos`a transfer olunan Hamit daha sonrasında rəqabətin güclü olduğunu görüb komandanı tərk etmək istədiyini Mourinho`ya bildirmişdi və Mourinho`nun buna reaksiyası heç də yaxşı olmayıb, çünki o, kluba məhz Jose`nin istəyiylə transfer olunub. Futbolçunun müsahibəsini sizlərə təqdim edirik:
“Real Madrid Karyeramda çox vacib rol oynayan bir klub olub. Bu klubu, şəhəri, prezidenti və Jose Angel Sanchez`i çox sevirdim, amma axıra kimi davam edə bilmədim. Soyunub-geyinmə otağına girərkən Cristiano, Casillas, Higuain, Benzema, Alonso və.s futbolçuları görərkən üzərimdə olan məsuliyyəti artıq hiss etməyə başladım. Lakin bir müddət sonra artıq həmən Altıntop deyildim, öz oyunumu tapa bilmirdim. Yetərincə mətbuatdan uzaq durmağa çalışırdım. 3 ay sonra istədiyim tək şey ağrı hiss etmədən normal məşqlər etmək idi. Hər şeyin mənim əksimə getdiyini görüb Jose Mourinho`ya klubu tərk etmək istədiyimi söylədim və o isə cavabında: “Klubu tərk etmək istəyirsən? Dəli olmusan? Bu, qeyri-mümkündür. Sən necə belə düşünə bilərsən?” – söyləmişdi”.