Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür