Taekvandoçu Radik İsayev Azərbaycanın İslamiadada 50-ci qızıl medalını qazanıb Qalib idmançıya medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib
Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının ikinci günündə Azərbaycan idmançıları dörd qızıl və bir gümüş medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qızıl medalları Azərbaycanın aktivinə Patimat Abakarova, Ayxan Tağızadə, Milad Beigi Hərçəqani və Radik İsayev yazdırıblar