Karate yarışlarının növbəti bürünc medalını Asiman Qurbanlı aktivinə yazdırıb
“Bakı-2017”də karatenin kumite yarışlarında +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Asiman Qurbanlı bürünc medal əldə edib.
AZƏRTAC xəbər verir ki, bürünc medal uğrunda görüşdə rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi Tareg Hamediyə 6:2 hesabla qalib gəlib