ANAMA: Cocuq Mərcanlıda 2 mina və dörd partlamamış hərbi sursat aşkar olunub
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1534 qəlpə, 2 tank əleyhinə “TM-57” minası və dörd partlamamış hərbi sursat (1 “PQ-7VM” raketi və 3 “PQ-7” raketinin mühərrik hissəsi) aşkar ediblər