Çexiyalı “casuslar” məhkəmədə iştirak etmək üçün Yunanıstana yola düşüblər
Çexiya vətəndaşları İvan Buxta və Martin Pezlar ailə üzvlərinin müşayiəti ilə Yunanıstana yola düşüblər. Onlar bu ölkədə casusluq ittihamı ilə məhkəmə qarşısına çıxmalıdırlar. Bu ittihama görə çexiyalıları 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir