“İşgüzar qızlar” adlı yarış təşkil olunub
Martın 7-də Respublika Uşaq Yaradıcılıq Mərkəzində 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə “İşgüzar qızlar” adlı yarışma keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışmada “Gənc dizayner” dərnəyinin üzvləri iştirak ediblər. Altı tapşırıqdan ibarət olan yarışmada iştirakçı gənc qızlar iki komandaya bölünüblər.