“Səhiyyə, sağlamlıq və ekologiya" qrupuna aid QHT-lərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında “Səhiyyə, sağlamlıq və ekologiya" qrupunda ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Tədbir şuranın qeyd olunan qrupundan üzv seçilən “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə təşkil olunub